525.Az

“Favipiravir” preparatının COVID-19-a qarşı müalicədə effektiv olmadığı müəyyənləşdi


 

“Favipiravir” preparatının COVID-19-a qarşı müalicədə effektiv olmadığı müəyyənləşdi<b style="color:red"></b>

Qrip əleyhinə istifadə olunan “Favipiravir” (həmçinin “Aviqan” kimi də tanınır) preparatının yeni koronavirus (COVID-19) infeksiyasının müalicəsində effektiv olmadığı müəyyənləşib. 

APA-nın xəbərinə görə, “Kiodo” agentliyinin yaydığı məlumatda bildirilir ki, “Favipiravir” preparatının koronavirusun müalicəsində effektiv olmadığı Yaponiyada aparılmış klinik sınaqlar nəticəsində məlum olub.

O da bildirilib ki, Yaponiyanın “Fujifilm Holdings” korporasiyası tərəfindən hazırlanmış “Favipiravir” preparatının klinik sınaqlarına bu ilin yazında başlanılmışdı.


 

 





10.07.2020    çap et  çap et