525.Az

Koronavirusla mübarizə üçün evkaliptdən hazırlanmış boyunbağı təqdim olunub


 

Koronavirusla mübarizə üçün evkaliptdən hazırlanmış boyunbağı təqdim olunub<b style="color:red"></b>

İndoneziyanın Kənd Təsərrüfatı Nazirliyi koronavirusun bir insandan başqasına keçməsinin qarşısını alan evkaliptdən hazırlanmış boyunbağını təqdim edib.

AZƏRTAC “The Jakarta Post” qəzetinə istinadla xəbər verir ki, bu yeniliyi ictimaiyyətə nazir Syahrul Yasin Limpo çatdırıb.

Nazirin sözlərini sitat gətirən qəzet yazır: “ İndoneziya Səhiyyənin İnkişafı və Tədqiqatlar Milli Agentliyinin mütəxəssisləri 700-dən artıq evkalipt növünü birləşdirərək bu boyunbağını düzəldiblər. Sınaqlar göstərir ki, belə bir bitki birləşməsinin təqribən 30 dəqiqə gəzdirilməsi 80 faiz virusların, o cümlədən COVID-19-un məhvinə səbəb olur”. Nazir, həmçinin bildirib ki, o, özü də şəxsən müxtəlif tədbirlərə gedərkən bu antivirus boyunbağısından istifadə edir.

Agentliyin rəhbəri Fəcri Cifri də bildirib ki, evkalipt koronavirus aşkar edilən bir çox xəstələrin müalicəsi zamanı istifadə edilib və bu zaman müsbət dəyişikliklər müşahidə olunub.

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə, İndoneziyada 63 mindən çox koronavirusa yoluxan var. Onların 3 mindən çoxu həyatını itirib. Bu göstəricilərə görə İndoneziya Cənub-Şərqi Asiyada birinci yeri tutur.

 





10.07.2020    çap et  çap et