525.Az

Subbakalavrların ali məktəblərə ərizə qəbulunun vaxtı uzadıldı


 

Subbakalavrların ali məktəblərə ərizə qəbulunun vaxtı uzadıldı<b style="color:red"></b>

Subbakalavrların ali məktəblərə elektron ərizə qəbulunun müddəti uzadılıb.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, iyunun 1-dən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların əri­zələrinin qəbulu iyulun 10-u başa çatmalı idi, ancaq ərizə qəbulu iyulun 14-ü saat 23:59-dək uzadılıb. Elektron ərizəsi təsdiqlənməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Qeyd edək ki, elektron ərizələr verən subbakalavrların sayı 18527-dir. Təsdiq olunan elektron ərizələrin sayı isə 17019-dur.


 

 





11.07.2020    çap et  çap et