525.Az

Elmar Məmmədyarovun rusiyalı həmsədr və Anjey Kaspşiklə telefon söhbətləri oldu


 

Elmar Məmmədyarovun rusiyalı həmsədr və Anjey Kaspşiklə telefon söhbətləri oldu<b style="color:red"></b>

13 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan həmsədri İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə telefon söhbətləri baş tutub.

Bu barədə APA-ya Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Qarşı tərəfi Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısının alınması və bölgədəki cari vəziyyət barədə məlumatlandıran nazir Elmar Məmmədyarov ciddi narazılığını bildirərək, Ermənistanın bu yeni təxribatını təcavüz aktı kimi qiymətləndirib.

E. Məmmədyarov Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi bu təxribatın üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və Ermənistan cəmiyyətinin daxili problemlərdən fikrini yayındırmaq məqsədi güddüyünü qarşı tərəfin diqqətinə çatdırıb.

 





13.07.2020    çap et  çap et