525.Az

AKP: "Ermənistanın təxribatını şiddətlə qınayırıq"


 

AKP: "Ermənistanın təxribatını şiddətlə qınayırıq"<b style="color:red"></b>

“Ermənistan təcavüzkarlığının qarşılıqsız qalmayacağından əmin olsun”.

Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik “Twitter”də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vermiş döyüşlərə münasibət bildirərkən yazıb.

Ö. Çelik Ermənistanın təxribatını şiddətlə qınadıqlarını bəyan edib.

“Şəhidlərimizə rəhmət diləyirəm. Hər zaman Azərbaycanın yanındayıq”, - deyə AKP sözçüsü vurğulayıb.

 





13.07.2020    çap et  çap et