525.Az

KTMT-nın sərhəddəki vəziyyətlə bağlı təcili iclası təxirə salındı


 

KTMT-nın sərhəddəki vəziyyətlə bağlı təcili iclası təxirə salındı<b style="color:red"></b>

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı təcili iclas təxirə salınıb.

Bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov “RİA Novosti” agentliyinə bildirib.

“KTMT Daimi Şurasının Ermənistan-Azərbaycan sərhədində vəziyyətin müzakirə ediləcəyi formatın müəyyənləşdirilməsi üçün iclasın keçirilməsi üzv dövlətlərlə əlavə məsləhətləşmələrin aparılması zərurəti səbəbindən təxirə salınıb", - deyə KTMT mətbuat katibi bildirib.

Qeyd edək ki, daha əvvəl Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı KTMT-nın baş katibi Aleksandr Zasın təşəbbüsü ilə iyulun 13-də qurumun Daimi Şurasının təcili iclasının çağırılması ilə bağlı məlumat yayıb. Həmin məlumat KTMT-nin saytında yerləşdirilib. Lakin sonradan həmin məlumat saytdan yığışdırılıb.

 

 





13.07.2020    çap et  çap et