525.Az

GUAM Katibliyi Ermənistanın təxribatını qınayıb


 

GUAM Katibliyi Ermənistanın təxribatını qınayıb<b style="color:red"></b>

GUAM Katibliyi Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində hücumunu qınayıb.

Bu barədə təşkilatın “Twitter” hesabında paylaşım edilib.

Bildirilib ki, münaqişələr təşkilata üzv ölkələrin inkişafına mane olur.

“GUAM Katibliyi Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca Tovuz rayonu istiqamətindəki hücumunu qınayır. Biz bir daha vurğulayırıq ki, GUAM bölgəsində münaqişələr rifah, stabillik və firavanlığa mane olur”, - deyə qeyd olunub.

 





13.07.2020    çap et  çap et