525.Az

Gürcüstan Prezidentindən sərhəddəki olaya reaksiya


 

Gürcüstan Prezidentindən sərhəddəki olaya reaksiya<b style="color:red"></b>

Gürcüstan Prezidenti Salome Zurabişvili iyulun 12-13-də Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginliklə bağlı narahatlığını ifadə edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın prezident Administrasiyasının bəyanatında bildirilib.

“Bu gün biz hamımız görünməz düşmənə qarşı vuruşarkən beynəlxalq həmrəylik və qlobal stabilliyin saxlanılması olduqca önəmlidir. Regionumuzda sülh və təhlükəsizlik Gürcüstanın gələcək inkişafı baxımından, həmçinin bizim dost və tərəfdaş ölkələrimiz – Ermənistan və Azərbaycan üçün vacibdir”, - deyə S.Zurabişvilinin bəyanatında bildirilib.

Gürcüstan Prezidenti lazımı tədbirlərin vaxtında görüləcəyinə və vəziyyətin daha da gərginləşməsinin qarşısının dinc danışıqlar yolu ilə alınacağına ümid etdiyini vurğulayıb.

 





13.07.2020    çap et  çap et