525.Az

"Sülhün tək yolu Ermənistanın işğal etdiyi torpaqlardan dərhal çəkilməsidir"


 

"Sülhün tək yolu Ermənistanın işğal etdiyi torpaqlardan dərhal çəkilməsidir"<b style="color:red"></b>

Bütün dünyanın pandemiya ilə mübarizə apardığı bir dövrdə ermənilər növbəti dəfə öz çirkin əməllərinə əl atdılar. Bu addım insanlığa qarşı törədilən təxribatdır. Ermənistanı şiddətlə qınayırıq. Düşmənə lazımi cavabı verən Azərbaycan isə öz ordusunun gücünü və qüdrətini bir daha dünyaya göstərdi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu bildirib.

Yaxın keçmişdə Azərbaycanın Tovuz bölgəsini ziyarət edən dərnək rəhbəri deyib: “Ötən gün ermənilər tərəfindən Azərbaycanın Tovuz bölgəsinə açılan atəş nəticəsində igid oğullarımız şəhid olub, yaralı əsgərlərimiz var. Bölgəmizin sülhə və sabitliyə ehtiyac duyduğu bir zamanda Ermənistan növbəti dəfə belə bir çirkin addım atdı. Lakin onlar bilməlidilər ki, qarşılarında qüdrətli Azərbaycan ordusu ilə yanaşı, qardaş Türkiyə Respublikası da var. Biz, 81 milyonluq Türkiyə və 300 milyonluq türk dünyası olaraq Ali Baş Komandan tərəfindən veriləcək əmri gözləyirik. Hamımız Azərbaycanın ərazi bütövlüyü və haqlı davasında qardaşımızın yanındayıq. Ermənilər artıq bunu başa düşməlidilər ki, nəinki Azərbaycan torpağının bir hissəsi, hətta bir çınqıl daşı belə, onlara verilməyəcək. Əlbəttə ki, biz bölgədəki sabitliyin pozulması və ya müharibə tərəfdarı deyilik. Bölgədə sülh və əmin-amanlığın daimi olmasının yeganə yolu var, o da, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal qeyd-şərtsiz çəkilməsidir”.

 





13.07.2020    çap et  çap et