525.Az

İlin sonuna kimi 102 məktəbdə təmir-tikinti işləri yekunlaşacaq


 

İlin sonuna kimi 102 məktəbdə təmir-tikinti işləri yekunlaşacaq<b style="color:red"></b>

2020-ci ilin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 102 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 29-u yeni tikilən, 13-ü əsaslı təmir olunan, 60-ı isə modul tipli məktəbdir.

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Modul tipli məktəblərin Quba, Qusar, Xaçmaz, İsmayıllı, Ağsu, Şamaxı, Şəki, Tovuz, Gədəbəy, Bərdə, Neftçala, Cəlilabad, Lerik, Astara, Goranboy, Xızı, Samux, İmişli, Füzuli və Ağdamda quraşdırılması nəzərdə tutulub.

 





14.07.2020    çap et  çap et