525.Az

İranlı deputat Ermənistanın təxribatını pisləyən bəyanat yaydı


 

İranlı deputat Ermənistanın təxribatını pisləyən bəyanat yaydı<b style="color:red"></b>

“Ermənistanın təxribatı nəticəsində Tovuz bölgəsində şəhid olan hərbçilərə görə dost Azərbaycan dövlətinə və xalqına başsağlığı verirəm”.

APA-nın Tehran bürosunun məlumatına görə, bu, İran parlamentinin ictimai komissiyasının sədr müavini Vəli İsmailinin yaydığı bəyanatda deyilib.

Ermənistanın Azərbaycan ərazilərinin işğalını pisləyən V. İsmaili qeyd edib ki, işğalçı ölkələrin bölgədə sabitliyi pozmasına icazə verilməməlidir.

 





14.07.2020    çap et  çap et