525.Az

MM sədrindən təşkilat rəhbərlərinə müraciət


 

MM sədrindən təşkilat rəhbərlərinə müraciət<b style="color:red"></b>

Milli Məclisin sədri Sahibə Qafarova Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi Altınbek Mamayusupova, Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barrona, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkoya müraciətlər ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müraciətlərdə bildirilir ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində artilleriya atəşindən istifadə edərək mövqelərimizi ələ keçirməyə cəhd göstərib.

Müraciətdə qeyd edilib ki, Ermənistan tərəfinin bu cəhdlərinə cavab olaraq Azərbaycan tərəfi təxirəsalınmaz şəkildə adekvat xarakterli əks-tədbirlər görüb və nəticədə Ermənistan ordu birləşmələrinin irəliləməsinin qarşısını ala bilib:


"Ermənistan tərəfi iki ölkə arasında olan sərhəd bölgələrini daha çox hərbiləşdirmiş, məqsədyönlü şəkildə və sistemli olaraq mülki əhalini hədəfə alıb. Ermənistanın bu cür hərbi xarakterli məsuliyyətsiz siyasəti onun üzv olduğu hərbi-siyasi qurumları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək məqsədindən, həmçinin Azərbaycana qarşı yeritdiyi təcavüzkar və işğalçı siyasətinin məsuliyyətindən yayınmaq niyyətindən irəli gəlir.  Ermənistan tərəfindən sərhəd bölgəsində törədilən sonuncu təxribat aktları bir daha göstərir ki, rəsmi Yerevan münaqişənin sülh yolu ilə, danışıqlar masası ətrafında həll edilməsində qəti şəkildə maraqlı deyil. Digər bir mühüm məqam ondan ibarətdir ki, Ermənistan bu təxribatçı hərəkətlərə məhz bütün beynəlxalq ictimaiyyət COVİD-19 pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda yol verib.  Buna görə də biz, Azərbaycan Respublikası Milli Məclisi olaraq, Türkdilli Dövlətlərin Parlament Assambleyasından, Parlamentlərarası İttifaqdan, Rusiya Federal Məclisi Federasiya Şurasından xahiş edirik ki, Milli Məclisin sədri tərəfindən ünvanlanmış bu müraciət məktubunun bütün üzv dövlətlərə göndərilməsini təmin etsin. Eyni zamanda, təşkilat üzvlərini Ermənistanın təcavüzkar hərəkətlərini, Azərbaycana qarşı davam edən işğalçılıq siyasətini və sərhəd bölgəsində törətdiyi bu sonuncu təxribatını qınamağa çağırırıq".

 

 





14.07.2020    çap et  çap et