525.Az

69 illik ömür yolu - Nekroloq


 

69 illik ömür yolu - <b style="color:red">Nekroloq</b>

Polis dövlətin və dövlətçiliyin əsas sütunlarından biridir. Bəlkə də elə buna görə polis dünyada ən çətin, ən təhlükəli və eyni zamanda, ən şərəfli peşələrdən hesab olunur.
 
O, yorulmaq bilmədən gecə-gündüz dövlətin, dövlətçiliyin keşiyində və insanların xidmətindədir. Uzun illər daxili işlər orqanlarında çalışmış, ömrünü seçdiyi bu peşəyə həsr etmiş Eldar Qalabəyov da son nəfəsinə kimi polis adının  şərəfini hər şeydən üstün tutub.

Eldar Əsgər oğlu Qalabəyov 1951-ci ildə Naxçıvanda dünyaya göz açıb. Naxçıvanda Dövlət Yol Polisinin inspektoru kimi fəaliyyətə başlayan Eldar Qalabəyov uzun illər dövlət yol polisi sistemində çalışıb. O, serjantlıqdan polkovnik rütbəsinə, inspektorluqdan Culfa rayon Yol polis şöbəsinin rəisi vəzifəsinədək yüksəlib. Eldar müəllim eyni zamanda, Naxçıvanda imtahan qeydiyyat idarəsinə rəhbərlik edib, polis məktəbində rəis müavini vəzifəsində işləyib.  1994-cü ildə Bakı Şəhər Dövlət Yol Polis İdarəsində alay komandirinin müavini kimi fəaliyyət göstərib. 35 illik fəaliyyəti dövründə bir an da olsun bu peşəni seçdiyi üçün peşmanlıq hissi keçirməyib. Bunu bir neçə gün əvvəl 69 yaşında dünyasını dəyişmiş Eldar Qalabəyovun doğmaları söyləyir. O, bu gün hər bir gəncə örnək ola biləcək şərəfli ömür yaşayıb. O, doğmalarının, yaxınlarının, onu sevənlərin xatirəsində əbədi yaşayacaq. Biz də öz növbəmizdə vəfatı ilə əlaqədar Eldar Qalabəyovun ailəsinə dərin hüznlə başsağlığı verir, doğmalarına səbr arzulayırıq.

İskəndər QULİYEV

 





14.07.2020    çap et  çap et