525.Az

Ermənistan daha 2 hərbçisinin öldüyünü açıqladı


 

Ermənistan daha 2 hərbçisinin öldüyünü açıqladı<b style="color:red"></b>

Ermənistan Müdafiə Nazirliyi itkilərlə bağlı məlumatları açıqlamağa davam edir.

Bu barədə qurumun mətbuat katibi Şuşan Stepanyan sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, kiçik serjant Smbat G. Gabrielyan və kiçik serjant Grisha Vahani Matjosyan Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib.

Xatırladaq ki, daha əvvəl Ş.Stepanyan bildirmişdi ki, mayor Qaruş Ambartzumyan və kapitan Sos Elbakyan Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsində atışma nəticəsində ölümcül yaralanaraq həlak olublar. 

 





14.07.2020    çap et  çap et