525.Az

Türkiyə PUA-ları Ermənistanla sərhəddə uçuşlar keçirdi


 

Türkiyə PUA-ları Ermənistanla sərhəddə uçuşlar keçirdi<b style="color:red"></b>

Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatları (PUA) Türkiyə-Ermənistan sərhədində nəzarət uçuşları keçirib.

Bu barədə məlumat “Twitter”də yayılıb.

Nəzarət uçuşlarına adi PUA-larla yanaşı, silahlı PUA-lar da qatılıb.

Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102 saylı hərbi bazasının helikopterləri iki gündür Ermənistan – Türkiyə sərhədi boyu keşikçi uçuşları həyata keçirir.

 





15.07.2020    çap et  çap et