525.Az

Rəşad Məmmədov və onun himayadarları cəzalandırılmalıdır


 

Rəşad Məmmədov və onun himayadarları cəzalandırılmalıdır<b style="color:red"></b>

“Yalan ayaq tutar, yeriməz”. Coxlarımızın izlədiyi bir paylaşımın “müəllif”i tezliklə ifşa olundu.

Ağlayaraq insanlar arasında təlaş və vahimə yaratmağa çalışan Rəşad Məmmədov Almaniyadan Azərbaycana “göz yaşı” axıdaraq yalan informasiyaları yaymaqla əhali arasında çaşqınlıq yaratmağa, təxribata rəvac verməyə çalışdı.

Erməni lobbisinin Avropada “siyasi mühacir” adı altında yaşayan azərbaycanlıları ələ almağa çalışmasilə bağlı zaman-zaman yayılan informasiyalar öz təsdiqini tapıb.

Bu səbəbdən Rəşad Məmmədovun da məlum videosunun düşmənin informasiya təxribatı olması ehtimalı önə çıxır.
 
Rəşad Məmmədovun Azərbaycan xalqına, Azərbaycan Ordusuna etdiyi bu xəyanətkar hərəkətlərin arxasında sözsüz ki, müəyyən qüvvələr durur. Respublikamızın hüquq-mühafizə orqanları tez bir zamanda Rəşad Məmmədovu və onun himayadarlarını ifşa etməli, onun layiqli cəzasını verməlidirlər.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətdə, o cümlədən, müstəqilliyin, dövlətçiliyin, mülli təhlükəsizliyin və iqtisadi mənafelərin etibarlı qorunması işində ölkənin hüquq-mühafizə orqanlarının xidmətləri danılmazdır.
 
İnanırıq ki, ölkəmizdəki sabitliyin, dövlət təhlükəsizliyinin, ictimai qayda və asayişin pozulmasına əngəl törətmək istəyənlər tezliklə öz layiqli cəzalarını alacaqlar.

Mayis ƏLİYEV
“Sosial hüquqların araşdırılması” İctimai Birliyinin sədri, professor

 





16.07.2020    çap et  çap et