525.Az

Qarabağ savaşının veteranları Ali Baş Komandana müraciət etdilər


 

Qarabağ savaşının veteranları Ali Baş Komandana müraciət etdilər<b style="color:red"></b>

702 saylı hərbi hissəninin Qarabağ savaşında iştirak etmiş, hazırda ehtiyatda olan zabitləri, gizirləri və əsgərləri (cəmi 74 nəfər) Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə, eləcə də  Azərbaycan Respublikasının Müdafiə naziri cənab Zakir Həsənova, Azərbaycan Republikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova müraciət ediblər.

Müraciətdə deyilir: “Biz müharibə başladığı təqdirdə torpaqlarımızın azadlığı və bütövlüyü naminə son damla qanımıza qədər ön cəbhədə döyüşməyə hazır olduğumuzu bildiririk. Biz Qarabağ torpaqlarını yaxşı tanıyırıq və hər qarışına bələdik. Döyüş başladığı halda bizi ön cəbhəyə göndərməyinizi 702 nömrəli hərbi hissənin qaziləri adından xahiş edirik. Ümid edirik və inanırıq ki, Ali Baş Komandanın başçılığı ilə Dağlıq Qarabağ münaqişəsi torpaqlarımızı işğaldan azad etməyimizlə nəticələnəcək.

Azərbaycan Respublikasının Daxili işlər naziri cənab Vilayət Eyvazov, Sizdən xahiş edirik ki, əsgərlərə dəstək mitinqdəki baş verən təxribatların səbəbkarları tapılsın və ən ağır formada cəzalandırılsın. Biz 90-cı illərdəki baş verən daxili çaxnaşmaların yenidən yaşanmamasını, mənfur qüvvələrin təxribatlarının qarşısının alınmasını arzulayırıq. Sizə güvəndiyimizi, inandığımızı bilməyinizi istəyirik”.

 





16.07.2020    çap et  çap et