525.Az

Şəhid Nazim İsmayılov Ağstafada dəfn olundu


 

Şəhid Nazim İsmayılov Ağstafada dəfn olundu <b style="color:red"></b>

İyulun 16-da səhər saat 05:45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədində davam edən əməliyyatlar zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətçisi əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.

Trend-in məlumatına görə, şəhid hərbi qulluqçumuz İsmayılov Nazim Əfqan oğlu Ağstafanın Kolxəlfəli kəndində son mənzilə yola salınıb.

Dəfn mərasimindən Müdafiə Nazirliyinin nümayəndələri, rayon rəhbərliyi və sakinlər iştirak edib.

 





16.07.2020    çap et  çap et