525.Az

Bitməyən yol, susmayan dua...


 

Bitməyən yol, susmayan dua...<b style="color:red"></b>

Elnarə AKİMOVA

Ey insanlar, Allah sizləri

qeyri-insani bəlalardan qorusun!

Köçəri quşun iniltisi

(Ç.Aytmatov)

Çingiz Aytmatov XX əsr nəsrini yaradan yazıçılardandır, bu nəsrin daxili dinamikasını- ritmini, ovqatını dəyişən, ədəbiyyata bilavasitə türk nəsri poetikasını gətirən, onu yetişdirən, yazan hətta yazdıran tarixi simadır. Kiçik bir ölkənin nəsrini bəşər sivilizasiyasına qovuşdurmuş Çingiz Aytmatov yaradıcılığı bu gün çağdaş təfəkkür işığında müəyyən parametrləri ilə xüsusi önəm kəsb edir. Zamanın XXI əsr insanının qarşısına çıxardığı bəşəri suallara cavab aramaqda bu nəsrin potensialı yetərincə güclüdür.

Çingiz Aytmatovun yetişdiyi ədəbi dövr 60- illərinyeni nəsr düşüncəsinin qurulduğu (məhz qurulduğu!) illərə bağlanır ki, bu mərhələ bildiyimiz kimi bütün postsovet məkanı ölkələri üçün yeniliklərə açıqlığı ilə səciyyələnir. Ədəbiyyatın bu dövründə irəli gələn yeni dalğası öz bədiilik meyarlarına mühafizəkarlığı ilə diqqət çəkir, ilk növbədə sənətin pafosdan real həqiqətə, sırf bədii-estetik meyarlara dönüşü, ümumbəşəri dəyərlərə doğru meyllənməsi ilə şərtlənir. Təbii ki, 60- illər ədəbiyyatında başlanan bu təbəddülatlar həm cəmiyyət miqyasında gedən ideoloji ilıqlanmanın nəticəsi idi. Qəribə bir parodoksallıq da məhz, bu zaman(dan) başlayır. Rejimin sərtliyi nisbətən, yumşalmağa doğru getdikcə, ədəbiyyatın içindəki ağrı simvolikası, ruhun təklik, tənhalıq çalarları daha çox üzə çıxır. Bu, bəlkə əsrin 20-30-cu illərində yarımçıq qalmış, yarıda qırılmış ədəbiyyat, azadlıq ideallarının içinə hopmuş kədəri idi, yaxud 1937-ci ildə qırğına verilmiş bütöv bir ədəbi nəslin səssiz fəryadı idiindi, zamanı gəldikcə boy verməyə başlayırdı. Hansı ki, həmin prosesin fəci nəticəsi Çingiz Aytmatovun da taleyindən izsiz ötüşməmiş, yazıçının dövlət qulluğunda işləyən atası Terekul Aytmatov 1937-ci ildə həbs edilərək bir il sonra güllələnmişdir.

İstər sağlığında, istərsə ölümündən sonra yazıçını qınayırdılar: niyə atasını güllələyən bir rejimin dissident yazıçısı olmayıb deyə. Bu Aytmatov istedadına yeni bir çalar qatmasaydı da olsun ki, rejim çökdükdən sonra müəyyən imic qazandıra bilərdi. Amma bütün hallarda yazıçılığın mayasında istedad durur bu istedad deyilən nəsnə insanda yoxdursa diyarbədiyar laməkan olsa belə ədəbiyyatın kandarına ayaq basmağa müvəffəq olmayacaq. Məgər A. Soljenitsını dünyaya tanıdan SSRİ kimi dövlətə müxalifçiliyi ilə bahəm həm istedadı deyildimi?! Elə Əlahəzrət İstedadın sayəsində Çingiz Aytmatov başqa yolu seçdi, sovet sisteminin daxilində yazıb-yaratdı, hüdudsuz idrakı, kosmoqonik düşüncə qatı ilə sovet nəsri qanunlarını yarıb onu dünya nəsri səviyyəsində gerçəkləşdirdi atasını qırğına verən bir cəmiyyəti öz qarşısında təzim etdirməyə nail oldu. Sosialist realizmin insana müxalif konsepsiyası daxilində Aytmatov humanizmi kult səviyyəyə qaldırdı, psixologizmi dərinləşdirdi. Bu məncə, dissidentlikdən çətin hasilə gələn bir hünərdir. R.Rövşən demiş: “Dünyayla savaşmaq asanmış demə, çətini dünyayla barışmaq imiş...” Bir bəlli bir qanunauyğunluğa diqqət çəkməyin zamanıdır: istənilən sənətkarı, ədəbi şəxsiyyəti, həmçinin ədəbiyyat tarixininin özünü belə real tarixi gerçəklikdən ayırdıqda zaman da, sənətkar da yeni repressiyanın qurbanına çevrilirlər. Halbuki, Tanrının Ç.Aytmatova ayırdığı missiya daha ağır, daha müqəddəs idi. O sovet rejiminin daxilində əsl ədəbiyyat yaratmağın nümunəsi olmalıydı, istedadın heç bir qadağa, sərhəd tanımadığına insanları, olsun ki, imperiyanın süqutundan sonra doğulacaq yeni ədəbi nəsli inandırmalı idi. “Əsrə bərabər günromanındakı bir epizodu xatırlayırsınızmı? Nayman Ana onu tanımayan oğlunun yaddaşını hərəkətə gətirmək üçün başını dizləri üstə alıb layla oxuyur. Silinən yaddaşı, itən hafizəni qaytarmağın bundan titrək vasitəsi ola bilməz. Ç.Aytmatovun əsərləri sovet sisteminin ideoloji siyasətində boğulan insanlar üçün bir layla səciyyəsi daşıyırdı. “Səni hala gətirdilər, xatırla kim olduğunu”- bu, Nayman Ananın dili ilə özündən, özgürlüyündən zorla qoparılan bütün türklərə ünvanlanmış nida, qan yaddaşını oyatmağa yönəlik türkü idi.

Bu gün bütün postsovet məkanı ölkələrində XX əsrin ilk onilliklərində rəngarəng tendensiyaların formalaşmasına rəvac verən amil kimi I Dünya müharibəsi, onun aşıladığı inqilabi xarakter, bəşər miqyasında başlanan dekadans, dünyanın gələcəyi ilə bağlı pessimist əhval-ruhiyyə, apokalipsis hissi, insanların psixolojisində, düşüncə xarakterində başlanançevrilməəsas səbəblər kimi mənalandırılır bu, həqiqətən XX əsr insanını, sənətkarını keçib gəldiyi zamanın gerçəkləri tələbləri içrə səciyyələndirməyə imkan verir. Əsrin planetar məzmunu, elmi informasiya məkanında iştirakı ilə şərtləndirilən başlanğıcı elə onunla səciyyəvidir ki, qəti olaraq tarixi gedişatı çağdaş dünya proseslərinə cəlb edir; ən azı təcrübəsinə daxil edib onu dərk etməyə çalışır. 20- illərdən başlayaraq sovet hakimiyyətinin diktəsi, asılılığında olan ölkələrin ədəbiyyatındakı prosesləri özgə səmtlərə yönəltdi. Bu epoxanın bir neçə onilliyini qapsayan sovet ideologiyasının insana vəd etdiyi işıqlı həyat, xoşbəxt gələcək ilə bağlı fikirlərin sadəcə illüziyadan başqa bir şey olmadığı isə təxminən 60- illərədək davam etdi. Bu zamandan başlayaraq sənətə münasibətdə pessimizmin meydana çıxma səbəbləri  daha çox maarifçilik ideyalarının özünü doğrultmadığı zəkanın süqutu ilə əlaqədar idi. İki dünya müharibəsi, ölüm sobaları, konslagerlər, total inqilablar əksinqilablarhər biri cahanda kamalın təntənəsi arzusunu fiaskoya uğratdı. Fəlsəfənin bu çağadək diktə etdiyi əqli inkişaf intibah doğurmadı. Əksinə, müharibələrə yol açdı. Ədəbiyyatda əqlin gücünə olan inam sarsıldı. Həmin xaotik durumun rəvac verdiyi neqativlər sonucda ən böyük zərbəni insana vurdu, onunla zamanın, mənəvi-əxlaqi dəyərlərin sabitliyi arasındakı əlaqənin pozulmasına gətirib çıxardı: qlobal tənhalıq insanın özgələşməsini, özündən ayrılmasını, yadlaşmasını şərtləndirmiş oldu. Bu mənada, sovet rejiminin İnsanı yalnız müharibələrin əzdiyi insan deyildi, o, həm tək qalmış, təcrid olunmuş, cəmiyyət tərəfindən təbii bir proseslə uzaqlaşmış, yadlaşmış çarəsiz insan idi. Həmin  dönəmin mahiyyəti, onun yaddaş strukturunda yer almış görüntüləri ilə çağın insanının düşüncəsi arasında dialoq bədii təfəkkürə yansımaya bilmədi. Bədii düşüncə yeni təfəkkür modelləri axtarışında fərqli fəaliyyət sferasına daxil oldu. Qərbdə bu sosial anomaliya ilə ekzistensialist fəlsəfə məşğul olurkən, postsovet məkanı ölkələrinin dünya ilə, insanla yeni münasibətlər sistemi yaratmağa çalışan fəlsəfi-estetik fikrində sərt realistik boyalar üstünlük qazanmağa başladı. Bu mənada, 60- illərdən başlayaraq dünya ədəbiyyatının yükləndiyi İnsan ağrısının ədəbiyyatın mərkəzinə çəkilməsi yalnız rejimin yumşalması səbəbindən hasilə gəlməmişdi, həm puç olmuş, bada getmiş xəyalların yazıçı psixolojisində yaratdığı məntiqi nəticədən qaynaqlanmışdı.

Əslində, ədəbiyyatda yenilik hesab olunan hər bir nəsnə yeni İnsan konsepsiyasının yaranması, ənənəvi sənətin tənqidi dərki ilə bağlı məsələdir. İstənilən ədəbi təmayülün məşğul olduğu həll etməyə çalışdığı ən mühüm problemlərdən biri məhz, insana baxış məsələsinin önə çəkilməsidir. Deməli, burada iki amilin rolu həlledicidi: zamanı irəli aparmağa çalışan ideyalar onun doğuluşunu şərtləndirən yeni sənət, insanın zamanda yeri ilə bağlı irəli gələn yeni estetik prinsiplər. Bəs bu mübadilədə Ç.Aytmatovun iştirakı qədər funksional görünür? Bunu təbii ki, ustad yazıçının əsərlərini dünya maraqları kontekstində tədqiqata cəlb etməklə öyrənmək mümkündür.

Ç.Aytmatov nəsrinin güc mənbəyi nədədir? Sualın cavabı yazıçının yaradıcığı ilə tanış olan hər kəsə bəllidir. Ç.Aytmatov yaradıcılığa başlayan zamandan sənətin ali prinsiplərinin, bəşəri dəyərlərin nədə ehtiva olunduğunu dərindən anladı bütün şüurlu ömrünü həmin ali prinsiplərin realizəsinə yönəltdi. “İnsantəbiəti etibarilə kosmosdur” – deyən ustad yazıçı ədəbiyyatın əbədi predmetinə kosmos olaraq yanaşdı, onu təbiətin Tanrının zərrəsi kimi aldı, bəşərin əşrəfi kimi dəyərləndirdi. İndi bəlkə İnsanı bədii mətnə gətirmək, onun dərdlərindən, qayğılarından, sevgi həyəcanlarından yazmaq o qədər çətin deyil. Amma Aytmatov zamanında bu o qədər asan məsələ deyildi. Sənətkarsa bütün hallarda öz zəmanəsinin övladıdır onu öz mühiti dövrü içrə dəyərləndirmək lazımdır.

Hələ XX əsrin əvvəllərində yazdığıTürklər kimdir kimlərdən ibarətdirəsərində Ə.Hüseynzadə qırğız türklərinin istedadı haqqında Radlovun dediyi fikirlərə şərik olaraq yazırdı: “Yunan şairi-əzəmi Homer zamanındakı sünuhati-milliyyənin dövrü-dastanisini bu gün ancaq qırğız qövmündə müşahidə etmək mümkündür”. Ç.Aytmatovun əsərləri həmin folklorla, miflə, tarixi keçmişlə körpü rolunu oynadı. Mifdən yazıya, eposdan kitaba nəhayət, dünəndən bu günə uzanan elə bir körpü ki, onunla çağdaş dövrün təmasını yaratmaq sovet dövründə zamanın qırılmış bağlarını birləşdirmək, onun bütövlüyünü bərpa etmək üçün lazım idi. Bu mənada ədəbiyyata yeni gələn yazıçının üzünü yaddaşa çevirən tarixəözündə xalqın milli kodunu möhürünü əbədiləşdirən söz sənətinə tutması ilk növbədə, həmin boşluğu doldurmaq ehtiyacından irəli gəlirdi. Təbii ki, bu həm qırğız xalqının min illər boyu formalaşmış dəyərlərinin nəsrdə təcəssümü idi, zamanı gəlmiş Manas oğlununqələmində əksini tapmışdır.

Ç.Aytmatov insan dəyərinə xidmət edən sənət yaradır   yalnız bu sənəti əqli-mənəvi intibahın, milli-bəşəri dəyər beynəlmiləl sərvət axtarışının mərkəzinə gətirirdi. 1960- illərdən başlayaraq bu nəsr elə mövzuları qabardır ki, əvvəlki dövrlərlə müqayisədə təsəvvür hüdudlarını aşır. Konkret tarixi materialın kontekstində ümumbəşəri problemləri qoyub həll etmətə çalışan bu əsərlərdə İnsan onun mövcudluq problemlərinin dəyişməz mənəvi sosial dəyərləri sınağında dərk edilirdi. Hansı ki, bəşəriyyətin qarşısında həmişə bütün kəskinliyi ciddiliyi ilə durmaqdadır. Əbədi insan-zaman, Tanrı-mən, həyat-ölüm məsələlərini ehtiva edən bu əsərlər ilk növbədə, İnsan konsepsiyasının bütövlüyü ilə, dövrün mürəkkəb təzadlı proseslərində, harmoniya mənəvi kamillik axtarışlarında iştirak edən milli sərvət kimi dəyərlidir.

Yazıçının oğlu İlgiz Aytmatov da atasının ədəbi irsinədəyərlər məxəzikimi yanaşır, ondan çağın problemlərini dərk etməkdə kara gələn ünvan olaraq bəhs edir: “...cəmiyyətin özündə daima sistematik olaraq insanların düşüncələrinə humanizm, sevgi, qarşılıqlı hörmət, beynəlmiləlçilik, dostluq münasibətləri, əmin-amanlıq zəhmətsevər həyat ideyalarının hakim kəsilməsi üçün təbliğati aparılmalıdır. Təəssüf ki, insanın real həyatında, əsasən, adamların bir-birinə qarşı durması amilləri mövcuddur. Bu gün Çingiz Aytmatovun ədəbi əsərləri müasir cəmiyyətin inkişafının ideolojiəxlaqi əsasının təşəkkül tapmasında fəlsəfi həyati mənbələr ola bilər”.  Həqiqətən , öz sosial-siyasi görüşlərinin miqyası məzmunu, İnsana, onun mövqeyinə roluna verdiyi dəyəri, əqli-əxlaqi təkamül idealı ilə Ç.Aytmatovun əsərləri bəşəriyyət üçün güclü impulslar verir. Çingiz Aytmatovun son əsərlərində belə qloballaşan dünyamızın təbəddülatlarına, onun insan mənəviyyatını üstələməsinə dair fikirlər var. Müəllif yeni dünya həqiqətlərinə, həyat tərzinə qarşı milli yaddaşın öz keyfiyyətlərini qoyur bu məramla yadlaşma (yaddaşsızlaşma!) prosesinə müqavimət hissi aşılayırdı. Çingiz Aytmatov sanki zamanı yeni sınaq qarşısına çıxarır: özgə mədəniyyətlər daxilində hər bir milli insanın mövqeyi necə görünür, ənənə mühafizəkarlıq meyarlarının cəmiyyətdə dayanıqlılığına necə çaba göstərir. Faktura problematika müasirlikdən, keçib gəldiyimiz çağdaş hələ diri qalan problemlərimizin aktuallığından nəşət edirdi.

 Əsrə bərabər gün”, “Kassandra damğası”, “Edam kötüyü” – bu əsərlərlə yazıçı bəşəriyyətin xilası yolunda ahəngə, birliyə addımı ifadə edən ünvanları nişan verirdi. Bu əsərlərdə eyni anlam yaradıcı mexanizmlər fəaliyyət göstərir, yeni dünya modelinin məna axarlarının trayektoriyası kosmik, mifik ilahi elementlərin məkanları içrə gəzişirdi. Ona görə məhz bu yaradıcılıqda kodlaşan ədəbi mənəvi dəyərlərin vüsəti böyük idi: din dil birgəliyi, ruhani bəşəri problemlər, dünyəvilik ilahilik, Tanrı eşqi insan sevgisi Aytmatov yaradıcılığında ideal  bütövlük ahəng yaradırdı.

Məkan zaman paralelləri, süjetdə çoxqatlı ekspozisiya, təbiətlə insan ahənginin birgəliyi, həyat ölüm, mif reallıq arasında sərhədsiz keçidlərhər biri təsadüfü xarakter daşımır, əsərlərdə yalnız bədii deyil, eyni zamanda fəlsəfi məkanı təşkil edirdilər. Yazıçı müasir problemlərin inikasına varmaq üçün yolunu tarixdən, mifologiyadan, folklordan salırdı, təsvirə çəkəcəyi predmetin etnik-tarixi tipinigenotipini müəyyənləşdirirdi. Əsrarəngiz təbiət təsvirləri, heyvan obrazları, mütəlif rəmzlər, şərti-metaforik obrazlar onun təhkiyə üsulunun mifoloji kökləri idilər. “ gəmi Ana maral, “Dəniz kənarı ilə qaçan alabaşdakı Qadın balıq, “Edam kötüyüromanındakı Taşçaynar adlı quş obrazları, Gülsarı, Qaranar, Ağbars kimi real heyvan obrazları yazıçının milli folklorla bağı (bağlılığı) zəminindən qaynaqlanmaqla bahəm onun fərdi yaradıcılıq üslubunun əsas özəlliyi kimi çıxış edirdi. Həmin mifoloji obrazların inikası yazıçıya insan taleyini qabartmaq, təcəssüm etdirmək üçün lazım idi. Bu mənada onun bir yazıçı kimi özəlliyi heç yaratdığı türk obrazlarının mükəmməlliyi, yaxud insan yaddaşının  simvolikası ilə məhdudlaşmır. Onun mürəkkəb, çoxplanlı nəsrinin ən əsas özəlliyi hər zaman məhz, türk təfəkkürü məcrasında düşünməsi düşüncələrini türkün zəngin tarixi mədəniyyəti kontekstində ədəbiyyat müstəvisinə gətirməsidir. Hələ ilk əsəri olanCəmilənin nəsrin fəzasında doğuluşu müəllifinin türk mentallığına bağlılığını uğurla sərgiləyir, türk etnosunun etnoqrafiq cizgilərinin portretini yaradırdı. Baxmayaraq ki, əsər könülləriən gözəl sevgi hekayəti” (L.Araqon) kimi fəth etmişdi.

Mənə elə gəlir ki, Ç.Aytmatovun ən saf, ən zərif əsəri məhzCəmilədir. Yalnız ona görə yox ki, povest yazıçının ilk qələm təcrübəsi sırasına daxildir. Sadəcə bu əsərdə Ç.Aytmatov qələmi dünyanın böyük işləklərinə bulaşmayaraq, ona eşqin nəzərləri ilə boylanmağı təqib qılırdı. Cəmiləninkiçinəbala olan Seyidin rənglər dünyasında sevgi boyaları oxucuyagördüyündən artıq görə bilməkcəsarəti həssaslığı aşılayırdı. Ç.Aytmatov sevginin yaddaşını oyadır, onu İnsan mənəviyyatının başlıca məziyyəti kimi qabardırdı. Sonralar müsahibələrinin birində bu konsepsiyanı daha inamla təlqin edirək – “həyatın əsasını məhəbbət təşkil edirdeyirdi. Bu, ağrılardan keçib gələn XX əsr yazıçısının fəci reallıqlar qarşısında çıxış yolu idi. Ç.Aytmatovun istisnasız bütün əsərlərində bu konsepsiyanınhumanizmin ideya istiqamətləri aydın görünürdü. “Cəmiləəsəri ilə yazıçı sevgisi gözündə donan bir cəmiyyətin buzunu əritməyə qalxışırdı bunu elə zamanın özünün dəyərlərinə müxalif olaraq, tabulara qarşı çıxaraq edirdi. Bumərkəzdənqaçma tendensiyasıicazəli yenilik idimi? Düşünmürəm. Çünki əsər icazəsiz-filansız, öz bədii məziyyətləri ilə bütün cəmiyyət qanunlarını nəsrin fəzasından görməzdən gəlir, bu qanunların hər şeyin fövqünə qaldırdığı sevgi motivindən neçə boy aşağıda, çökəkdə olduğuna ayna tuturdu.

Bu dünyanın köhnəlmişdi rəngləri, Sevdim səni məhəbbətlə boyadım” (N.Kəsəmənli) Ç.Aytmatov da beləcə, bozluq içində yaşayan sovet insanına Sevgi adlı ali hissdən bəhs edirdi. Əmək adamlarını yalnız başında təsvirə çəkməklə deyil, içindəki dəyərli halları üzə çıxarmaqla mənalı edirdi. Cəmilə, Daniyar, Düyşen, Tanabay, Edigey, Bostonilk növbədə, mənəvi yüksəlişləri ilə maraqlı idilər. Çünki həmin vaxta qədər nəsrdə sözün böyük mənasında İnsan təsvirə çəkilmirdi. Kolxozçu, fəhlə, inqilabçı, çoban s. –   bu peşələri təmsil edən obrazların arxasında düşünən beyini, döyünən ürəyi bədii mətnə gətirmək nədənsə yazıçıları o qədər məşğul etmirdi. Ç.Aytmatov ilk olaraq İnsanı bədiiyyatın mərkəzinə gətirdi elə həmin zümrənin İnsanının hiss həyəcanlarından, qayğı problemlərindən, sabahı naminə keçmişindən indisindən yazdı.

Çingiz Aytmatov ömrünün son çağlarınadək öz prinsipinə sadiq qaldı. Dünyanın mal, mülk, torpaq iddiaları ilə bağlı ağlasığmaz fəlakətlərinə, insanlığa edilən amansız cinayətlərə münasibətdə öz mövqeyindən sapmadı: “İndi artıq dünya qan tökməklə problemləri həll etmək yolunu tuta bilməz. Müharibə kultunun yerinə mütləq dünya mədəniyyəti gəlməlidir. Dünya paytaxtlarının mərkəzində mütləq at belində sərkərdələr görürük. Bəs sülh istəyən böyük şəxsiyyətlər hanı?” Bu fikirlər Çingiz Aytmatov ziyalılığının yerinə yetirdiyi missiya baxımından özəlliyinin sübutu kimi xüsusi bir əməl cizgisi kəsb edir. Yəni yazıçı ortaya qoyduğu əsərlərlə milli cəmiyyətin həssas ayıq yanaşdığı məsələlərdə müəyyən təklif əlavələrdə bulunmalı, qılıncın işləyə bilmədiyi dərinlərdə Sözü ideoloji vasitə olaraq qələm çala – “qılınc oynadabilməlidir. Axı ədəbiyyat, bədii söz həm tarixin yuvasıdır, bu günün dərslərini zamanın sonrakı axarına qatan gələcəyə ötürən ən etibarlı məxəzdir. Bu baxımdan Çingiz Aytmatov irsi bəşəriyyətin sabahına aparan yolda kara gələn ən etibarlı bələdçidir. Bizköçəri quşun iniltisini yenə eşidirik heç şübhəsiz,  bu səs dünyanın ən gözəl Duasına çevrilib öz işıq selini hər zaman yer üzünə  axıdacaqdır... 

 





05.01.2014    çap et  çap et