525.Az

Pakistanda Azərbaycanın Müstəqillik Günü qeyd olunub (FOTOLAR)


 

Pakistanda Azərbaycanın Müstəqillik Günü qeyd olunub<b style="color:red"> (FOTOLAR)</b>

Pakistanda Azərbaycan-Pakistan diplomatik münasibətlərin qurulmasının 20 illiyi və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 21-ci ildönümü qeyd olunub.

Pakistandakı səfirliyimizdən 525.az-a verilən məlumata görə, cari  ilin oktyabrın 11-də İslamabadın Marriott mehmanxanasında Azərbaycan-Pakistan diplomatik münasibətlərin qurulmasının 20 illiyinə və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 21-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə Pakistan senatının sədri Səid Nayyar Buxari, Senat sədrinin müavini Sabir Bəluç, Milli Assambleyanın sədr müavini Faisal Karim Kundi,  baş nazirin Müşaviri Tarik Malik, İnformasiya və yayım naziri Kamar Zaman Kaira, Ticarət Naziri senator Abbas Xan Afridi, Kommersiya Naziri Inayat Ullah Ilahi, özıllışdirmə naziri Səyid Hasan Mandoxel, Senatın xarici əlaqələr komitəsinin sədri senator Hacı Adfil, müdafiə komitəsinin sədri senator Müşahid Hüsseyn, informasiya və yayım komitəsinin sədri senator Hacı Qulam Əli, hakim Xalq Partiyasinın baş katibi senator Cahangir Bader, Milli Assmableyanın komitə sədri Humayun Seyfulla, İslamabad şəhəri icra hakimiyyətinin başçısı Tarik Pirzada, Khayber-Paxtunxva əyalətinin qubernatoru Səid Məsud Kosar, xarici işlər nazirinin muavini Əbdül Həmid, Milli Assambleyanın sabiq sədri, keçmiş xarici işlər naziri Qohar Ayyub Xan, senatorlar, Milli Assambleyanın deputatları, Pakistan ordusunun generalları və digər  yüksək rütbəli zabitləri, Xarici İşlər Nazirliyinin yüksək rəsmiləri, digər dövlət və hökumət adamları, tanınmış ziyalılar, jurnalistlər, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar və Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Tədbirin keçirildiyi salon Azərbaycan və Pakistan bayraqları, Ümummilli lider Heydər Əliyev və Pakistan dövlətinin banisi Məhəmməd Əli Cinnahin, habelə Azərbaycanın Prezidenti İlham Əliyev və Pakistanın Prezident Asif Əli Zardarinin portretləri ilə bəzədilib, salonun müxtəlif yerlərində  ölkəmizin gözəlliyini və iki ölkə arasında qarşılıqlı səfərlərinə həsr olunmuş  fotostendlər yerləşdirilib, müstəqil Azərbaycanın yaranması və inkişafı  haqqında həmçinin Heydər Əliyev fondu tərəfindən Pakistanda həyata keçirtdiyi  layihələri əks etdirən videoçarx nümayiş etdirilib, ölkəmizin milli musiqi nümunələri səsləndirilib. Tədbir zamanı Pakistanın Pəncab əyalətinin məşhur “Aamir Xan” vokal-instrumental qrupu   ölkənin məşhur folklor mahnılarını ifa ediblər. 

Tədbir iştirakçılarını salamlayan Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov xalqlarımız və dövlətlərimiz  arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən - siyasi, iqtisadi, humanitar hərbi və mədəni münasibətlərindən danışmış, ölkələrimizin taleyüklü məsələlərdə eyni mövqedən çıxış etdiyini vurğulayıb. D.Şikarov, Ermənistan-Azərbaycan Dağlığ-Qarabağ münaqişəsi məsələsində ölkəmizi birmənalı dəstəklədiyi və apardığı işğalçı siyasətinə  görə Ermənistanı bir ölkə kimi tanımadığına görə Pakistan hökuməti və xalqına öz dərin minnətdarlığını bildirmişdir. Səfir, cari ilin 1 fevral tarixində Pakistan senatının Xocalı soyqırımını tanıyan və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən qətnaməni qəbul etdiyini qeyd edərək, bunun Azərbaycan hökuməti və xalqı tərəfindən yüksək  qiymətləndirildiyini xüsusi vurğulayıb.

Səfir,  ölkəmizdə gedən islahatlar, daxili və xarici siyasətdə əldə etdiyimiz uğurlardan, neft strategiyası və Azərbaycanın xarici ölkələrdə icra etdiyi  investisiya layihələrindən məlumat verib.

Tədbirə ali qonaq qismində qatılan Pakistan Senatının sədri Səyid Nayyar Buxari Pakistan və Azərbaycan xalqları arasında qədim tarixə söykənən dostluq və qardaşlıq münasibətlərindən danışmış, bu əlaqələrin Azərbaycan müstəqilliyinin bərpa edilməsindən sonra yeni mərhələyə daxil olunduğunu vurğulayıb.

Qeyd edib ki, 20 il ərzində iki ölkə arasında münasibətlər bütün istiqamətlərdə dinamik inkişaf edib, bu dövrdə ölkə rəhbərlərinin və digər dövlət rəsmilərinin qarşılıqlı səfərləri nəticəsində  əlaqələrin hüquqi-normativ bazasını təşkil edən çoxsaylı sazişlər imzalanıb. Daha sonra Senatın sədri, qardaş xalqlarımız arasında mədəni, sosial və humanitar sahələrdə əməkdaşlığın məqamlarından danışıb.

Seyid Nayar Buxari ölkısinin Azırbaycanı Dağlığ-Qarabağ məsələsində tam dəstəklədiklərini, 01.02.2012–ci il tarixində senat tərəfindən Xocalı soyqırımı haqqında qətnamənin qəbul edildiyini vurğulayaraq, Ermənistanın işğalçı siyasətini pisləyib.

Natiq, 2005, 2010 və 2011-ci illərdə  baş vermiş  təbii fəlakətlər zamanı Azərbaycanın birincilər sırasında Pakistana yardım əlini uzatdığını bildikrərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Pakistanda həyata keçirtdiyi irimiqyaslı tədbirlər planını  xüsusi qeyd edib. 

Urdu dilində nəşr edilmiş “Azərbaycan-odlar yurdu”, “Heydər Əliyev-müstəqil Azərbaycanın qurucusu” adlı kitablar, “The Diplomatic Insight” və “Diplomatic Star” jurnallarının xüsusi buraxılışlarının nüsxələri tədbir iştirakçılarına paylanılıb. Həmin nəşrlərdə, Azərbaycan Prezidentinin Pakistan prezidentinə və Pakistanın baş nazirinin öz Azərbaycanlı həmkarına diplomatik münasibətlərin qurulmasının 20-iilik yubileyi ilə əlaqədar ünvanlanmış müraciətləri, Azərbaycan-Pakistan münasibətlərinin xronologiyası,  Azərbaycan prezidenti və onun müstəqil Azərbaycanın inkişafı yolunda həyata keçirdiyi islahatlar, Heydər Əliyev fondunun fəaliyyəti, Azərbaycanın müstəqil dövlətçilik tarixi, siyasəti, mədəniyyəti, turizmi və iqtisadiyyatı ətraflı təsvir olunub.

Azərbaycan-Pakistan diplomatik münasibətlərin qurulmasının  20  illiyi  və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 21-ci ildönümü münasibəti ilə keçirilmiş tədbir Pakistanın PTV, ARY News, CNBC , Dünya TV və digər yerli kanalları, habelə “DNA” xəbər agentliyi, “Daily Times”, “The Nation”, “Jang”, “Nawa-i Waqt”, “Pakistan Observer” qəzetləri tərəfindən geniş işıqlandırılmış, mərasim barədə sujet və materiallar nümayiş etdirilib.

 





15.10.2012    çap et  çap et