525.Az

Türkiyə Cümhuriyyət Xalq Partiyasının qurultayı keçirilir


 

Türkiyə Cümhuriyyət Xalq Partiyasının qurultayı keçirilir<b style="color:red"></b>

Bu gün Ankarada Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) 37-ci qurultayı keçirilir.

Qurultayda ana müxalifət partiyasının sədri və Məclisinin üzvləri seçiləcək.

Kemal Kılıçdaroğlu 80 rayon partiya təşkilatının sədrinin imzası ilə 6-cı dəfə partiya sədri postuna namizəd olacaq. Eyni zamanda İlhan Cihaner, Tolga Yarman və Aytuğ Atıcı da partiya sədri postuna iddialıdır.

Qurultayda 1300-dən çox qurultay nümayəndəsi iştirak edir.

 





25.07.2020    çap et  çap et