525.Az

Rahat yat, əziz insan!..


 

MİLLƏT VƏKİLİ, DOKTOR RƏŞAD MAHMUDOV DÜNYASINI DƏYİŞƏN JURNALİST ƏMRAH FƏQANOĞLUDAN YAZDI

Rahat yat, əziz insan!..<b style="color:red"></b> Tanınmış jurnalist, İTV-nin İnformasiya Departamentinin böyük redaktoru Əmrah Fəqanoğlunun vəfatı onu tanıyan hər kəsi - həmkarlarını, dost-tanışlarını sarsıtdı.

Əmrahın ən yaxın dostlarından biri - tanınmış həkim, ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov dünyasını dəyişən jurnalistdən yazdı.

Həmin yazını oxuculara təqdim edirik.


15 il idi ki, həmişə Sən yazırdın məndən, indi isə ilk dəfə mən yazıram Səndən dəyərli insan...
2005-ci ildə bölgələrdə ilk açıq ürək əməliyyatları humanitar aksiyasına start verərkən mətbuat xidmətinin rəisi kimi tanıdım Səni. Həyatımda ilk dəfə Sənin uzatdığın mikrofona titrək və həyəcanlı səsimlə müsahibə vermişdim. İlk dəfə Sən duymuşdun sənətim və vətənimlə qürur keçirdiyim o anları. Sonra ötən 15 il....
Həssazlığın, diqqətin, təmənnasızlığın, sənətinə, vətəninə, dövlətinə və onun rəhbərinə qarşı olan sevgin, mənə qarşı olan məhəbbətin nə qədərdə gözəl idi, əziz dost...

22 iyulda Sənə göndərdiyim mesajım 15 ildə ilk dəfə idi qarşılıqsız qaldı, nakam qaldı...

Əmrah Fəqanoğlu, Sən tarixə 2020-ci il mətbuatımızın şəhidləri sırasına qatıldın artıq! Sən mətbuat tariximizə sadə, ləyaqətli, peşəsinə və sənətinə sadiq jurnalist kimi qatıldın artıq!

5 aydır gecə-gündüz demədən mübarizə aparan ölkənin mətbuat işçilərinin fədakarlıqlarının simvollarından oldun artıq! Sən, sən, sən artıq..!

Rahat yat, əziz insan!

Feysbukda paylaşdığın 17 yaşlı tələbə qardaşın, günəş üzlü anan, polad əzəmətli atanın yanındasan artıq!..
Ruhun şad olsun!

Çox hörmətli mətbuat nümayəndələri başınız sağ olsun! Vətən var olsun!

P.S. 22 iyulda Milli Mətbuat Günündə çox böyük ümidlərlə göndərdiyim mesajım Sənə son hədiyyəm olsun...
 





29.07.2020    çap et  çap et