525.Az

Paytaxt polisi “Bakı bu axşam” başlıqlı videogörüntü ilə bağlı məlumat yaydı


 

Paytaxt polisi “Bakı bu axşam” başlıqlı videogörüntü ilə bağlı məlumat yaydı<b style="color:red"></b>

Bakı Şəhər Baş Polis İdarəsi sosial şəbəkələrdə “Bakı bu axşam” başlığı altında yayılan videogörüntülərlə bağlı məlumat yayıb.

İdarənin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, həmin görüntülər tam və hərtərəfli araşdırılıb. İyulun 31-də gecə saatlarında Nəsimi rayonu Neftçilər prospektində onlayn fəaliyyət göstərən bir neçə kafe və restoranın inzibatçı və müştərilərinin karantin rejimi qaydalarını pozmaları müşayiət olunub. Oradan alış̧-veriş̧ etmiş̧ bir qrup şəxs həmin kafe və restoranların qarşısındakı ən parkda sosial məsafə gözləmədən və 5 nəfərdən artıq qrup halında toplaşaraq mövcud karantin rejimi ilə əlaqədar tətbiq edilən qaydaları pozaraq əyləniblər.

Yayılan görüntülərdə İnzibati Xətalar Məcəlləsinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması hallarının tərkib əlamətləri olduğuna görə Nəsimi Rayon Polis İdarəsi tərəfindən həmin inzibati xətaları törədən hüquqi və fiziki şəxslər müəyyənləşdirilərək inzibati məsuliyyətə cəlb olunublar.

Bakı Şəhər Baş Polis İdarəsi bütün bunları nəzərə alaraq paytaxt sakinlərindən tələb edir ki, mövcud karantin rejimi ilə əlaqədar tətbiq olunan qaydalara əməl etsinlər.

 





01.08.2020    çap et  çap et