525.Az

"Karabakh is Azerbaijan” platforması yaradıldı


 

"Karabakh is Azerbaijan” platforması yaradıldı<b style="color:red"></b> Azərbaycanda bir qrup vətənpərvər azərbaycanlı gənc tərəfindən “Karabakh is Azerbaijan” platforması yaradılıb.

Layihənin idarə heyətinin üzvü İlkin Namazlı bildirib ki, platformanın yaradılmasında məqsəd informasiya müharibəsində iştirak edərək, Ordumuza və xalqımıza dəstək olmaq, dünyanı Qarabağ və Azərbaycan həqiqətlərindən xəbərdar etməkdir.


Platformaya qısa müddət ərzində Feysbuk vasitəsilə 16 min, Teleqram vasitəsilə 1000, Votsap vasitəsilə isə 7000-dən çox üzv qoşulub.


Artıq platformanın www.karabakhisazerbaijan.com adlı saytı da fəaliyyətə başlayıb.
 





02.08.2020    çap et  çap et