525.Az

“Pandemiya dövründə Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxladı”


 

“Pandemiya dövründə Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxladı”<b style="color:red"></b>

“Ötən müddət ərzində pandemiya dövründə qəbul edilən paketlər postpandemiya dövründə real sektorda iqtisadi artımın daha qısa müddətdə əldə edilməsinə imkan yaradacaq”.

Bunu APA-ya açıqlamasında deputat Vüqar Bayramov bildirib.

 V. Bayramov deyib ki, pandemiya dövründə də Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxladı: “2020-ci ilin birinci yarısının yekunlarında ümumdaxili məhsulda (ÜDM) 2,7 % azalma qeydə alınmasına məqbul sayılmalıdır. Çünki pandemiya qlobal, eləcə də milli iqtisadiyyatlara neqativ təsir göstərir. Neft bazarında artıq mart ayından etibarən volatillik neft ölkələrinin gəlirlərinə təsir göstərir. Bu baxımdan Azərbaycanda ÜDM-də olan dəyişiklikləri digər ölkələrlə müqayisə etsək, təbii ki, bu dəyişiklik məqbul hesab olunmalıdır. Bu ilin 6 ayının yekunlarına əsasən,  Avrozonada ÜDM-də olan azalma ikirəqəmli, yəni 12 %-dir. Bu isə ondan xəbər verir ki, əslində Azərbaycanda ÜDM-də olan dəyişiklik məqbuldur. Bu, pandemiyanın təsirlərinə Azərbaycan hökumətinin çevik reaksiya verməsi, iqtisadi paket çərçivəsində sahibkarların və muzdlu vətəndaşlarımızın dəstəklənməsi, eləcə də pandemiyanın davam edən aylarında və postpandemiya dövründə sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi nəticəsində reallaşdı. Artıq sahibkarlar iqtisadi paket çərçivəsində həm güzəştli vergi, həm də güzəştli kredit paketlərindən faydalana bilirlər”.


Deputat nəzərə çatdırıb ki, pandmeiya dövründə digər diqqətçəkən məqamlardan biri regionların inkişafı ilə bağlıdır:

“Bütövlükdə pandemiya dövründə həm Prezident İlham Əliyevin, həm də I Vitse-prezident Mehriban Əliyevanın rayonlara, bölgələrə səfərləri ondan xəbər verir ki, pandemiya dövründə də regionların inkişafı Azərbaycan hökuməti üçün prioritetdir. Regionlarda sənaye müəssisələri və eləcə də sosial obyektlərin istifadəyə verilməsi və bu kontekstdə məşğulluğun təmin edilməsi ilə bağlı atılan addımlar, regionlarda yeni “ASAN Xidmət” mərkəzlərinin açılması mərhələli şəkildə iqtisadi baxımdan region və Bakı arasındakı fərqin azaldılmasına yönələn addımlardandır. Bütün bunlar eyni zamanda regionda yaşayan sahibkarlarımızın dövlət xidmətlərinə elektron çıxışının artırılmasına imkan yaradır. Bütövlükdə 2020-ci ilin geridə qalan aylarının yekunları göstərir ki, Azərbaycan pandemiyaya çevik reaksiya verən ölkələrdən biri olaraq ötən dövrdə iqtisadiyyatdakı dayanıqlılığı qoruyub saxlamağa çalışdı və buna nail oldu”.

 

 





02.08.2020    çap et  çap et