525.Az

Şəki və Siyəzən siyahıdan çıxarılır, Salyanda isə karantin sərtləşdirilir


 

Şəki və Siyəzən siyahıdan çıxarılır, Salyanda isə karantin sərtləşdirilir <b style="color:red"></b>

Avqustun 5-dən Salyan rayonunda da sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında davam edəcək.

Qeyd edək ki, avqustun 5-dən etibarən, Şəki və Siyəzən rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

 





03.08.2020    çap et  çap et