525.Az

Daha 241 nəfərdə koronavirus aşkarlandı: 647 sağalan, 6 ölən var


 

Daha 241 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">647 sağalan, 6 ölən var </b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 241 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32.684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27.760 nəfər müalicə olunaraq sağalıb, 468 nəfər vəfat edib, aktiv xəstə sayı 4456 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5874, ötən müddət ərzində isə ümumilikdə 744.837 test aparılıb.

 





03.08.2020    çap et  çap et