525.Az

Vətəndaşlar hansı halda rayonlara gedə bilərlər?


 

Vətəndaşlar hansı halda rayonlara gedə bilərlər? <b style="color:red"></b>

Bu vaxta qədər icazə sistmində şirkət tərəfindən icazə alınırdı, şəxsi məlumatlar daxil edilirdi və ezamiyyət vərəqəsi olanlara müvafiq rayona getmək üçün icazə verilirdi. Bundan sonra isə icazə sənədləri yerində təqdim ediləcək.

Trend-in məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, indi sadəcə olaraq, vətəndaş göstərəcək ki, ezamiyyə vərəqəsi var və rayona gedə bilər:

"Bu günə qədər də belə idi, sadəcə avtomat rejimdə idi, bundan sonra isə rayonlara getmək üçün icazəsi olan şəxslər həmin icazə sənədlərini yerində təqdim etməldirilər".

 





03.08.2020    çap et  çap et