525.Az

"Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq”


 

"Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq”<b style="color:red"></b>

“Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrdən biri də sosial müdafiəyə ehtiyacı olan insanların müdafiəsini gücləndirməkdir: “Bu sahədə olan proqramlar tam həcmdə həyata keçiriləcək”.

O, Dövlət Sosial Müdafiə Fondunun büdcəsindəki azalmalara da münasibət bildirib: “Bu azalmalara yenidən baxmaq lazımdır. Təbii proseslərlə bağlı gözlənilən azalmaların imkan daxilində nə ilə isə kompensasiya edilməsi doğru olardı”.

 





04.08.2020    çap et  çap et