525.Az

“Saxta əlillik təyinatlarını azaltmaqla böyük ehtiyat yaratmağa nail olmuşuq”


 

 “Saxta əlillik təyinatlarını azaltmaqla böyük ehtiyat yaratmağa nail olmuşuq”<b style="color:red"></b>

“Koronavirus pandemiyası iş yerlərinin sayına da təsir göstərir. Təklif edilən layihədə də əmək pensiyalarının azalması nəzərdə tutulur. Bu isə əmək pensiyası alanların sayının azalması nəticəsində mümkün ola bilər”.

APA-nın məlumatına görə, bunu Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında komitənin üzvü Vüqar Bayramov deyib.

O bildirib ki, “Dövlət büdcəsi haqqında” qanun təxminən 7 ay əvvəl qəbul edilib: “Burada nəzərdə tutulan optimallaşmaların nəyin hesabına olacağına aydınlıq gətirilməlidir. Məsələn, 3 yaşa qədər uşaqların valideynlərinə verilən müavinətlərin həcmində azalmanın səbəbləri geniş izah edilməlidir. Digər tərəfdən, layihədə qeyri-büdcə mənbələrindən gəlirlərin artmasının səbəbləri də göstərilməlidir”.

Deputat Məlahət İbrahimqızı isə bildirib ki, əlilliklə bağlı hissədə olan böyük həcmdə qənaətə aydınlıq gətirilməsini istəyib.

İclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Vüqar Bayramovun sualına cavab olaraq bildirib ki, pandemiyanın özəl sektora təsirinin olduğu doğrudur: “2020-ci il DSMF-nin büdcəsinə özəl sektor üzrə daxil olmalarda artım proqnozlaşdırmışıq. Bütün bu tədbirlər büdcənin dürüstləşməsi ilə əlaqədardır. Bu tədbirləri əhali öz üzərində hiss etməyəcək. Bu tədbirlər ötən illərdən yaranmış qənaət hesabına da ödəniləcək. Fondun xərcləri proqnozlaşdırılandan az olub. Burada da ehtiyatlarımız yaranıb. Nazirlikdə müxtəlif sahələr üzrə araşdırmalar aparılır. Saxta əlillik təyinatlarını azaltmaqla biz kifayət qədər böyük ehtiyatlar yaratmağa nail olmuşuq”.

 





04.08.2020    çap et  çap et