525.Az

Bu ilin 6 ayında narkotiklərlə mübarizə sahəsində 2 893 fakt aşkar olunub


 

Bu ilin 6 ayında narkotiklərlə mübarizə sahəsində 2 893 fakt aşkar olunub<b style="color:red"></b>

Cari ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2893 fakt aşkar olunub.

Bu barədə APA-ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib. Qeyd olunub ki, onlardan 1015-i narkotik vasitələrin qanunsuz satışı, 1665-i qanunsuz əldə edilib saxlanılması, 170-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 43-ü isə digər cinayətlərlə bağlı olub.

Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunan 2 ton 309 kq 543,2 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 460 kq 615,3 qr-nı heroin (63,2%), 524,2 kq-nı marixuana (22,6%), 168 kq 675,3qr-nı tiryək (7,3%), 20 kq 469,8 qr-nı həşiş (0,8%), 394 qr-nı kokain (0,01%) narkotik vasitələr, 135 kq 091,2 qr-nı psixotrop maddələr və digərləri (5,8%) təşkil edib.

Həmçinin hesabat dövründə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 926,5 hektar sahədən çəkisi 90 ton  163 kq 710,6 qr  (+16 ton 271 kq 409 qr) olan 271 min 712ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydaya uyğun olaraq məhv edilib.

 





04.08.2020    çap et  çap et