525.Az

Hərbçilər üçün bayram süfrəsi təşkil edildi


 

Hərbçilər üçün bayram süfrəsi təşkil edildi<b style="color:red"></b>

Azərbaycan Ordusunun rəşadəti xalqımızda böyük ruh yüksəkliyi doğurur.  Tovuz istiqamətində düşmən təxribatının qarşısının alınması zamanı, əsgər, gizir və zabitlərimizin göstərdiyi şücaət müasir hərb tariximizin şanlı səhifəsidir.


Bu barədə “Sity servis” şirkətinin təşəbbüsü, Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi ilə Ağstafa rayonundakı “N” saylı hərbi hissədə müqəddəs Qurban bayramı münasibətilə keçirilən tədbirdə danışılıb.


Tədbirdə hərbçilərlə yanaşı müharibə veteranları, tanınmış ziyalılar, ictimai fəallar, kulinariya ustaları iştirak ediblər.


Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni,  Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov, “Sity servis” şirkətinin  “Mangal Steak House” şəbəkəsinin baş direktoru Namiq Məmmədov və başqaları hərbçiləri bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar. Çıxışlarda ordumuzun gücü və qüdrəti sayəsində torpaqlarımızın işğaldan tezliklə azad ediləcəyinə dərin inam ifadə edilib.

Milli Məclisin deputatı Qənirə Paşayeva tədbirdə virtual iştirak edib, hərbçilərə bayram təbrikini çatdırıb, xeyriyyə tədbirinin təşkilatçılarına təşəkkürünü bildirib.

Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan çavuş, Ağstafa rayonunun Göyçəli kəndinin sakini Vüqar Sadıqovun tədbirə dəvət edilmiş oğluna hərbi hissə və “Sity servis” şirkətinin  “Mangal Steak House” şəbəkəsi tərəfindən hədiyyələr verilib. 

Xeyriyyə tədbirinin təşkili  “Azman” holdinq, “Nar & Sharab” və “Zuğulba Saray” tərəfindən də dəstəklənib. Qurban ətindən hazırlanmış xörəklər digər hərbi hissələrə də göndərilib.

Namiq Məmmədov jurnalistlərlə söhbətdə deyib ki, təmsil etdiyi ictimai iaşə şəbəkəsinin kollektivi xalqımızın milli mətbəxinə məxsus təamlarla zəngin olan belə bayram süfrələrini tezliklə işğal azad ediləcək ərazilərdə təşkil etmək arzusundadır.





















 





04.08.2020    çap et  çap et