525.Az

"Nobel qardaşlarının ilk uğuru" filmi ölkəmizi beynəlxalq festivalda təmsil edəcək


 

"Nobel qardaşlarının ilk uğuru" filmi ölkəmizi beynəlxalq festivalda təmsil edəcək<b style="color:red"></b>

"Nobel qardaşlarının ilk uğuru" filmi növbəti festivalda nümayiş ediləcək. Belə ki, film Almaniyanın Frankfurt şəhərində keçiriləcək "Golden Tree International Documentary" ("Qızıl Ağac" ) Film Festivalının siyahısına daxil olunub.

Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Onun sözlərinə görə, bu festival müxtəlif sivilizasiyalara və mədəniyyətlərə yönəlmiş keyfiyyətli filmləri tanıtmaq məqsədi daşıyır.

Sənədli filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xəqani Məmmədovdur. Mətni Eldost Bayram oxuyub.

 





04.08.2020    çap et  çap et