525.Az

Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü ötüb - Yenilənib + Video


 

Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü ötüb - <b style="color:red"> Yenilənib + Video</b>

Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı artıb.

Bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.

Partlayış zamanı xəsarət alanların sayı isə 4 mini keçib.

***

Livanda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri keçib.

APA xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən "Twitter" vasitəsilə məlumat yayıb. Məlumata görə, 2750 nəfər də xəsarət alıb.

"Al Jazeera" telekanalı isə bildirir ki, ölkənin Səhiyyə naziri Hamad Hassan azı 40 nəfərin öldüyünü, azı 2500 nəfərin də yaralandığını təsdiqləyib. Nazirin sözlərinə görə, ölənlərin arasında tibb işçiləri və həkimlər də var. O, ölü və yaralı sayının artacağını istisna etməyib.


23:35

Livanda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı artaraq 40 nəfərə çatıb.

APA "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə naziri Hamad Hassan təsdiqləyib.

21:15

Livanın paytaxtı Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Hazırda insidentin səbəbləri dəqiqləşdirilir. Ehtimallar arasında terror aktı da araşdırılır.

Partlayış zamanı yüzlərlə insanın yaralandığı bildirilir. Qırmızı Xaç Cəmiyyətinin Livan ofisinin bildirdiyinə görə, partlayış nəticəsində 2,2 min insan xəsarət alıb. Ancaq bunun da son rəqəm olmadığı qeyd edilir.

“Al Jazeera” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, hazırda Beyrut xəstəxanaları yaralılarla dolub. Yer çatışmazlığından yaralılar Beyrutdan kənardakı xəstəxanalara göndərilir.

Qeyd edək ki, partlayışdan sonra bir çox ölkələr (ABŞ, İsrail, Rusiya, Qətər və b.) Livana humanitar yardım göndərməyi təklif edib.

21:50

Livanın “Al-Kataib” partiyasının baş katibi Nizar Nacaryan Beyrutda baş vermiş partlayış nəticəsində ölüb.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı özünün “Twitter” səhifəsində məlumat yayıb.

Qeyd edək ki, bir qədər əvvəl telekanal Nacaryanın ağır yaralandığını və huşsuz vəziyyətdə olduğunu bildirmişdi.

Son məlumatlara görə, partlayış 12 nəfərin ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olub. Hazırda hadisə yerində yanğından mühafizə briqadaları işləyir, əraziyə helikopterlər də cəlb olunub.

Qeyd edək ki, Livanın baş naziri Hassan Diyab baş vermiş güclü partlayışla əlaqədar çərşənbə günü matəm elan edib.



21:30

Beyrutda baş vermiş partlayış nəticəsində azı 10 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi Livan təhlükəsizlik qüvvələri və səhiyyə xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl “Al Arabiya” telekanalı partlayışda azı 6 nəfərin öldüyünü bildirmişdi.

Partlayış nəticəsində yüzlərlə yaralının olduğu da deyilir.

“Sky News Arabia” telekanalı paytaxt qubernatoruna istinadən xəbər verib ki, yanğından mühafizə briqadalarından biri ilə əlaqə kəsilib, onların yeri məlum deyil.


20:20

Livanın paytaxtı Beyrut şəhərində güclü partlayış baş verib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə Beyrut limanı yaxınlığında qeydə alınıb.

Partlayışın səbəbi məlum deyil.



 





05.08.2020    çap et  çap et