525.Az

Beyrutdakı partlayışda 3 erməni ölüb: 100-ə yaxın erməni isə xəsarət alıb


 

Beyrutdakı partlayışda 3 erməni ölüb:<b style="color:red"> 100-ə yaxın erməni isə xəsarət alıb</b>

Beyrut limanında baş verən partlayışda 3 erməni ölüb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan “Facebook”da bildirib.

Onun sözlərinə görə, partlayış nəticəsində 100-ə yaxın erməni isə xəsarət alıb.

Ermənistan parlamentinin deputatı Anna Kostanyan bildirib ki, Beyrutda yaşayan çoxlu sayda erməni ölkəyə qayıtmaq niyyətindədir.

Qeyd edək ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.

 





05.08.2020    çap et  çap et