525.Az

DSMF-nin gəlir və xərcləri azaldılır


 

DSMF-nin gəlir və xərcləri azaldılır<b style="color:red"></b>

2020-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri və xərcləri azaldılır.

Bu, Milli Məclisin  bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, DSMF-nin 2020-ci il büdcəsinin gəlirləri 4 milyard 784 milyon 700 min manat, xərcləri 4 milyard 784 milyon 700 min manat məbləğində təsdiq edilməsi təklif edilir.


İndiyə qədər DSMF-nin 2020-ci il büdcəsinin gəlirləri 4 825 508 800,0 manat, xərcləri 4 825 508 800,0 manat məbləğində təsdiq edilib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

 





05.08.2020    çap et  çap et