525.Az

Bakının bəzi küçə və prospektlərində tıxac var


 

Bakının bəzi küçə və prospektlərində tıxac var<b style="color:red"></b>

Hazırda paytaxtda bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

“Sıxlıq səbəbindən bəzi müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalında gecikmə yaranıb. Bu dəqiqlərdə sıxlıq olan küçələr aşağıdakılardır: Heydər Əliyev prospekti kənar yol şəhər istiqaməti, Ziya Bünyadov prospekti 20 Yanvar istiqaməti və Tbilisi prospekti 20 Yanvar dairəsi istiqaməti”, - deyə məlumatda qeyd olunub.

 





06.08.2020    çap et  çap et