525.Az

Lukaşenko: “Məni koronavirusa qəsdən yoluxdurublar”


 

Lukaşenko: “Məni koronavirusa qəsdən yoluxdurublar”<b style="color:red"></b>

“Məni koronavirusa qəsdən yoluxdurublar”.

APA-nın xəbərinə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində deyib.

“Biz hazırda bunu araşdırırıq”, - deyə Belarus Prezidenti qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl A. Lukaşenko yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxduğunu, lakin xəstəliyi simptomsuz keçirdiyini açıqlayıb.

 





06.08.2020    çap et  çap et