525.Az

Ermənistan və Faşist Almaniyası arasında oxşarlıqlar nədir?


 

Ermənistan və Faşist Almaniyası arasında oxşarlıqlar nədir?<b style="color:red"></b>

Bu gün Ermənistanın faşist dövlət olması heç kimə sirr deyil. Ermənistan dövləti hər zaman faşizmi, irqiçiliyi, nasizmi dövlət siyasətinə çevirib.

Bu gün də ölkədə faşizm ənənələri və şovinizm düşüncə tərzinin kütləvi təbliği prosesi davam edir. Bir fakta nəzər salaq. 2005-2008-ci illərdə Ermənistanın Milli Kino Mərkəzi tərəfindən hazırlanmış "Evə gedən yol" cizgi filmi Ermənistanın dövlət televiziya kanalında göstərilir. Filmdə 2050-ci ildə Ermənistan ərazisinin Gürcüstan, İran, Türkiyə və Azərbaycan torpaqları hesabına necə genişləndiyindən və bir qrup məktəblinin "düşməndən azad olunmuş" həmin ərazilərə səyahətindən bəhs edilir.

Bu film vasitəsilə həm Ermənistan daxilində, həm erməni diasporunda ermənilərə uşaqlıqdan qonşu xalqlara qarşı nifrət və işğalçı ruhunda böyüdürlər. Uşaqlara "Böyük Ermənistan" xülyası təlqin edilir.

23 iyul 2011-ci ildə Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan tələbələrlə görüşü zamanı tələbələrdən birinin Türkiyənin ərazilərini nəzərdə tutaraq "Qərbdəki torpaqlar bizə geri dönəcəkmi?" - sualına cavab olaraq Sarkisyan deyib:  "Bu, sizdən və sizin nəsildən asılıdır. Bizim nəsil üzərinə düşən vəzifəni yerinə yetirdi. Qarabağı düşməndən aldıq. Hər nəslin özünün yerinə yetirməli olduğu öhdəlikləri var". Bununla, Sarkisyan Gürcüstanın, Türkiyənin və Azərbaycanın digər ərazilərinin işğal edilməsi öhdəliyinin gənc nəslin üzərinə düşdüyünü bildirir.

Hitler də "Böyük Alman Reyxi" yaratmaq istəyirdi. Və sonun necə olduğunu hər birimiz yaxşı bilirik.

Qeyd etdiyimiz kimi, faşizmlə yanaşı, irqçilik də Ermənistanın dövlət siyasətinə çevrilib və bunu etiraf etməkdən çəkinmirlər.

Ermənistanın 2-ci prezidenti Robert Koçaryan Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında 16 yanvar 2003-cü il tarixində etdiyi çıxışında "ermənilərlə azərbaycanlıların genetik baxımdan uyğunsuz" olduğunu bildirmişdir. Koçaryan belə bir çıxış etdiyini Avropa Şurasının Parlament Assambleyasında da təsdiq edib.

Robert Koçaryanın ixtisasca həkim olan arvadı Bella Koçaryan Ermənistanda Qan köçürülməsi mərkəzinin açılışında deyib: "Ermənilərə yalnız erməni qanı vurulmalıdır. Erməni qanı spesifik genetik struktura malikdir". Mərkəzin rəhbəri də ermənilərin adətən xaricilərlə ailə qurmadığına görə erməni qanının təmiz qaldığını bildirib.

Faşist Almaniyasında "Qan və Torpaq" (Blut und Boden) şüarını xatırladır. Qan "təmiz Ariya irqi"nə istinad edir. Bu, faşist Almaniyasındakı Nürnberq qanunlarını xatırladır.

Bu qanunlar almanların "təmizliyini" qorumaq üçün "ari irqinə" məxsus olmayan şəxslərlə evlənmələrini qadağan edirdi.

Ermənistanın faşist siyasəti nəticəsində azərbaycanlı, kürd və digər millətlər qovulub. Ermənistan hazırda mono-etnik ölkədir. 1992-ci il fevralın 26-da Xocalı soyqırımında iştirak etmiş Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas De Vaala verdiyi müsahibəsində fəxrlə bildirib: "Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik".

Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan da Erməni diasporu ilə görüşdə ermənilərin Allah tərəfindən seçilmiş bir millət olduğunu bildirib. Hitler Almaniyasında da almanların seçilmiş Ari irqə məxsus olduqları barədə təbliğat aparılırdı.

Bütün bunların məntiqi ardıcıllığı olaraq, indi Ermənistanda faşist Almaniyasına xidmət etmiş generallar Drastamat Kanayan (Dro) və Qaregin Njde təbliğ olunur. Buna görə, Ermənistan Avropada yəhudilərə ən çox düşmən münasibət bəsləyən 2-ci dövlətdir.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, əslində, Hitler Almaniyası ilə Ermənistan arasında heç bir fərq yoxdur.

Onun sözlərinə görə, Hitler də hakimiyyətə gələndə başqa millətlərə qarşı müharibə elan etdi, Almaniyanı böyütmək xülyasını ortaya atdı, yəhudiləri qırmağa başladı, eyni ilə Ermənistan hakimiyyəti, erməni millətçiləri də SSRİ-nin dağılmasını fürsət gözləyirmiş kimi azərbaycanlılara qarşı soyqırımlara başladılar, Ermənistandan əvvəlcə qovdular və eyni proses Dağlıq Qarabağda davam etdirildi. "Çox təəssüf ki, dünya buna, ermənilərin bu işğalçılıq siyasətinə göz yumdu. Dünya bir vaxtlar Hitlerin eybəcərliklərinə də göz yumurdu.

Hitlerin iştahası artıb ölkələri zəbt etməyə başlayanda bəzi Avropa ölkələri düşünürdülər ki, Hitler Almaniyası ilə müharibə əvəzinə onu sakitləşdirsinlər. Almaniyanın Münxen şəhərində Britaniyanın baş naziri, başqa dövlət başçıları gəlirlər, Hitlerlə görüşürlər və Çexoslovakiyanın işğalına göz yumurlar, düşünürlər ki, bununla kifayətlənəcək. Amma belə olmur, Hitler ardınca Polşaya hücum edir və ondan sonra Avropa dövlətləri məcbur qalıb Hitler Almaniyasına qarşı müharibə elan edirlər. Yəni biz ermənilərin iç üzünü yaxşı tanıyırıq, amma çox təəssüf ki, avropalılar o qədər də yaxşı tanımırlar. Tarixdən də bəllidir ki, ermənilərin beyinlərinə o da yeridilir ki, guya Ermənistan böyük dövlətdir, üç dənizlə əhatə olunmalıdır. Amma boş xülyalardır. Sarkisyan da deyirdi ki, "biz Qarabağı aldıq, gələcək nəsil də Türkiyə ərazilərini almaq barədə düşünsün". Bu, çox gülüncdü. Birincisi, onlar Qarabağı almayıblar, müvəqqəti işğal ediblər və Azərbaycan xalqı da, hakimiyyəti də qəti mövqe ortaya qoyub ki, biz o torpaqları geri alacağıq".

PƏRVANƏ

 





05.08.2020    çap et  çap et