525.Az

"İşsizlikdən sığorta ödənişi alanların sayı 20 minə çatacaq"


 

"İşsizlikdən sığorta ödənişi alanların sayı 20 minə çatacaq"<b style="color:red"></b>

"İşsiz şəxslərin sosial müdafiəsində mühüm dəstək kimi işsizlikdən sığorta ödənişlərinin təyinat şərtlərinin yumşaldılması üçün hazırlanmış qanun layihəsi artıq parlamentdə müzakirə olunur".

Bunu məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, layihə qəbul edildikdə, bu, işsizlikdən sığorta ödənişi alanların sayının artırılmasına, cari il üçün həmin sayın artıq 20 minə çatdırılmasına imkan verəcək.

Nazir vurğulayıb ki, sosial dəstək tədbirləri çərçivəsində 65 yaşdan yuxarı tənha və əlilliyi olan şəxslərdən ibarət 15 mindən çox vətəndaşa evlərində sosial xidmət göstərilib.

 





07.08.2020    çap et  çap et