525.Az

Sumqayıt Etilen-Polietilen zavodunda yanğın söndürülüb - Yenilənib


 

Sumqayıt Etilen-Polietilen zavodunda yanğın söndürülüb -<b style="color:red"> Yenilənib</b>

Sumqayıtda zavodda baş verən yanğın söndürülüb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda baş verən yanğın zamanı orada işləyənlər – 1987-ci il təvəllüdlü Əliyev Qadir Adil oğlu, 1986-cı il təvəllüdlü Qurbanov İlqar Ələmdar oğlu, 1965-ci il təvəllüdlü Hüseynov Nizami İlyas oğlu, 1981-ci il təvəllüdlü Cəlilov Murad Xasməmməd oğlu, 1973-cü il təvəllüdlü Tağıyev Mehman Tapdıq oğlu, 1983-cü il təvəllüdlü İbrahimov Yalçın bayram oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Xəyal Akif oğlu xəsarət alıblar.

***

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda Etilen-Polietilen zavodunda baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-propilen zavodunda yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Görülmüş tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının məhdudlaşdırılması həyata keçirilir.

Yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.

APA-nın əldə etdiyi məlumata görə, yanğında səkkiz nəfər xəsarət alıb.

 





07.08.2020    çap et  çap et