525.Az

"Zavodda baş verən yanğında xəsarət alan 7 nəfərdən birinin vəziyyəti ağırdır"


 

"Zavodda baş verən yanğında xəsarət alan 7 nəfərdən birinin vəziyyəti ağırdır"<b style="color:red"></b>

“Sumqayıt Etilen-polietilen Zavodunda baş verən yanğında yeddi nəfər xəsarət alıb, onlardan birinə ambulator yardım göstərilib və evə buraxlıb”.

Bunu APA-ya açıqlamasında TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib.

Onun sözlərinə görə, digər altı nəfər Bakıya, yanıq mərkəzinə göndərilib: “Onlardan birinin vəziyyəti ağırdır”.

Qeyd edək ki, bu gün SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib.

 





07.08.2020    çap et  çap et