525.Az

Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər üçün qaydalar müəyyənləşdi


 

Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər üçün qaydalar müəyyənləşdi<b style="color:red"></b>

Sərt karantin rejiminin tətbiq edildiyi rayon və şəhərlərdə yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər üçün yeni qaydalar müəyyənləşib.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb.

Yeni qaydalara əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

 





07.08.2020    çap et  çap et