525.Az

“Boeing 737” sərnişin təyyarəsində qəza zamanı 17 nəfər ölüb


 

“Boeing 737” sərnişin təyyarəsində qəza zamanı 17 nəfər ölüb<b style="color:red"></b>

Hindistanın "Air India Express" hava yollarına məxsus “Boeing 737” sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində 17 nəfər ölüb, 123 nəfər xəsarət alıb.

APA “ANI” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Hindistanın Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə Təcili Tibbi Yardım briqadası və yanğınsöndürənlər cəlb edilib.

“Flightradar24” xəbər portalının məlumatına görə, qəza enişi edən “Boeing 737” Hindistana Dubaydan (BƏƏ) uçuş həyata keçirib. 

“Airfleets” portalı təyyarənin 13 il əvvəl istehsal edildiyini açıqlayıb.

Məlumata görə, təyyarə əlverişsiz hava şəraitində eniş edib.

Qeyd edək ki, uçuş pandemiya zamanı Hindistan vətəndaşlarının xaricdən qayıtması proqramı çərçivəsində həyata keçirilib.

 





07.08.2020    çap et  çap et