525.Az

Dağlıq Qarabağın azərbaycanlı icmasının “Facebook” hesabına rəsmi təsdiqlənmə nişanı verildi


 

Dağlıq Qarabağın azərbaycanlı icmasının “Facebook” hesabına rəsmi təsdiqlənmə nişanı verildi<b style="color:red"></b>

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının “Facebook” sosial şəbəkəsindəki hesabına rəsmi təsdiqlənmə nişanı verilib.

İcmadan verilən məlumata görə, təsdiqlənmə nişanı facebook tərəfindən yalnız çox axtarılan, haqqında müxtəlif mənbələrdə çoxlu materiallar dərc olunmuş müvafiq hesab və səhifələrə verilir.

“Bir müddət öncə ermənilər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinə məxsus sosial media hesablarını kütləvi şikayət etdirərək bağlatdırmağa cəhd etmələrinə baxmayaraq, vətəndaşlarımızın dəstəyi nəticəsində bu təhlükə aradan qaldırıldı.

Aparılan davamlı iş nəticəsində ermənilərin işğal altındakı Qarabağ bölgəmizin azərbaycanlı əhalisinə yönəlik antitəbliğat cəhdlərinin qarşısı alındı.

Qarşı tərəfi narahat edən fəaliyyətimiz Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü tam bərpa edilənə və öz doğma torpaqlarımıza qayıdana qədər qətiyyətlə davam etdiriləcəkdir. Bu fəaliyyətimizdə bizə dəstək olan bütün Azərbaycan vətəndaşlarına və beynəlxalq ictimaiyyətin ədalətli mövqe tutan üzvlərinə təşəkkür edirik”, – deyə məlumatda bildirilir.

 





08.08.2020    çap et  çap et