525.Az

“İnvestisiya Holdinqi bir çox sahədə liberallaşma prosesinin başlanması demək olacaq”


 

“İnvestisiya Holdinqi bir çox sahədə liberallaşma prosesinin başlanması demək olacaq”<b style="color:red"></b>

“Prezidentin koronavirusla bağlı keçirdiyi müşavirədə bir çox tarixi açıqlamalar verildi”.

Bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılmasının əsas məqsədi dövlət müəssisələrinin idarəetməsinə həsr olunub:
 
“Dövlət müəssisələrinin idarəetməsi ilə bağlı Prezident bir çox məqamları səsləndirdi. Bu holdinqinin qısa müddətdə təşkil olunması Azərbaycanda bir çox sahədə liberallaşma prosesinin başlanması demək olacaq. Biz qeyri-neft sektorunun inkişafını prioritet kimi götürürük. Burada dövlət müəssisələrinin sayı çoxdur. Bunun nəticəsini qısa zamanda görəcəyik”.

 

 





08.08.2020    çap et  çap et