525.Az

Milli İdman Növləri Assosiasiyasının prezidenti vəfat edib


 

Milli İdman Növləri Assosiasiyasının prezidenti vəfat edib<b style="color:red"></b>

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib.

Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, professor Xanlar Qurbanov 70 yaşında dünyasını dəyişib.

Sərbəst güləş üzrə müxtəlif beynəlxalq turnirlərin mükafatçısı, SSRİ idman ustası, Ümumittifaq dərəcəli hakim, əməkdar məşqçi olan Xanlar müəllim 1990-cı ildən Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti vəzifəsində çalışırdı. Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, "Tərəqqi" medallı X.Qurbanov idmanda göstərdiyi xidmətlərə görə FİLA-nın elmi komissiyasının üzvü seçilmişdi. O, həmçinin Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti vəzifəsində çalışırdı.

Allah rəhmət eləsin.

 





08.08.2020    çap et  çap et