525.Az

Beyrutda nümayişçilər Əmək Nazirliyinin binasına daxil oldu


 

Beyrutda nümayişçilər Əmək Nazirliyinin binasına daxil oldu<b style="color:red"></b>

Bu gün Beyrutda etiraz aksiyası keçirən nümayişçilər Əmək Nazirliyinin binasına daxil olublar.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Al-Hadat” telekanalı məlumat yayıb.

Bildirilib ki, "Dövlət bizik" şüarını səsləndirən nümayişçilər daha sonra Məcburi Köçkünlər Nazirliyinin binasına da daxil olaraq inzibati binada bir sıra dağıntılar törədiblər.

Livan Silahlı Qüvvələrinin rəhbərliyi "Al Arabiya" telekanalı vasitəsilə etirazçılara radikal addımlar atmamaları ilə bağlı xəbərdarlıq edib.

Müraciətdə bildirilib ki, qanun pozuntusuna yol verən şəxslər müvafiq qaydada cəzalandırılacaq.

 





09.08.2020    çap et  çap et