525.Az

Banderas koronavirusa yoluxdu


 

Banderas koronavirusa yoluxdu<b style="color:red"></b>

İspaniyalı aktyor Antonio Banderas yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın xəbərinə görə, aktyor bu barədə özünün “Twitter” hesabında yazıb.

A.Banderas COVID-19 testinin pozitiv çıxdığını bildirib.

“Özümü nisbətən yaxşı hiss edirəm, sadəcə bir qədər yorğunam. Əminəm ki, tezliklə sağalacağam”, - deyə, aktyor vurğulayıb.

Qeyd edək ki, bu gün A.Banderasın 60 yaşı tamam olur.

 





10.08.2020    çap et  çap et