525.Az

Livan prezidenti hökumətin istefasını qəbul etdi


 

Livan prezidenti hökumətin istefasını qəbul etdi<b style="color:red"></b>

Livan Prezidenti Mişel Aun baş nazir Həsən Diabın və onun rəhbərlik etdiyi hökumətin istefasını qəbul edib.

APA “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin məlumatında ​​bildirilir.

“Baş nazir Həsən Diab istefa ərizəsini prezidentə təqdim edib. Mişel Aun onu qəbul edib və yeni hökumət qurulana qədər vəzifələrin icrasını Nazirlər Kabinetinə tapşırıb”, - deyə məlumatda qeyd olunub.

Söhbət əsnasında Aun və Diab 4 avqustda Beyrut dəniz limanında baş vermiş partlayışdan sonra Livandakı son hadisələri də müzakirə ediblər. Dövlət başçısı görülən işlərə görə istefada olan hökumət üzvlərinə təşəkkürünü çatdırıb.

 





10.08.2020    çap et  çap et